Insafdan da öndü dözüm,
Alışmamış söndü közün.
Ağ dənizə döndü gözün.
Ləpələndin baxış-baxış.
Ev qurular təməliylə,
El tanınar əməliylə.
Təbiətin öz əliylə,
Təpələndin naxış-naxış.
Sevgin qəlbdə ümid olub,
Həsrət eşqə əmud olub.
Göy səmada bulud olub,
Səpələndin yağış-yağış.
Sevinc Arzulu
Kayıt Tarihi : 8.6.2018 14:09:00
Şiiri Değerlendir
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!