Baxırsan neyçün Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
3580

ŞİİR


26

TAKİPÇİ

Baxırsan neyçün

Üz-üzə gələndə salam verib keç,
Ya onu sev, ya da məni.Özün seç.
Mən quru palçığam, yapışmaz ki heç,
O şəri,böhtanı yaxırsan neyçün.

Baş əyməzdin iradəyə, dözümə,
Isinərdin işıldayan közümə.
Baxmaqla doymazdın ala gözümə,
İndisə yanakı baxırsan neyçün.

Qəlbimlə döyünən ürək deyilsən,
Arzu-kam deyilsən, dilək deyilsən.
Ildırım deyilsən, şımşək deyilsən,
Sərin yaz axşamı çaxırsan neyçün.

Bir vaxt qəlb sızladan qəmli ney ikən,
Səsimə səs verən haray, hey ikən.
Hamıya şipşirin dadlı mey ikən,
Mənə turş dad verən çaxırsan neyçün.

Qiymətli incimdin, ləlim idin sən,
Xeyirim idin sən, bəlim idin sən.
Əvvəlllər çox sakit, həlim idin sən,
Çağlayan Kür təki axırsan neyçün.

Sevinc Arzulu
Kayıt Tarihi : 27.10.2023 09:13:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!

Sevinc Arzulu