Üşüdüm ayrılıq küləyində mən,
Üstümə dolu tək yağdı yağışlar.
Ah, nələr çəkmişəm ürəyimdə mən,
Sanki şimşək kimi çaxdı baxışlar.
Islandım altında duyğularımın,
Qəlbimə amansız bir atəş düşdü.
Qonağı oldun sən uyğularımın,
Ötənlər lent kimi keçib ötüşdü.
Sevdamın qaralmış yelkənləriylə,
Necə mən yan alım limana doğru.
Halıma yananım yox gözüm silə,
Bəxtəvər cürlüyə baxıram oğrun...
29.04.2019
Kayıt Tarihi : 30.4.2019 14:53:00
Şiiri Değerlendir
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!