Baxıram, ana Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
3580

ŞİİR


26

TAKİPÇİ

Baxıram, ana

Yenə quçaqlayıb soyuq qəbrini,
Ağlaraq çəkirəm həsət qəhrini
Bilmədik vaxtında sənin qədrini,
Şəklini köksümə sıxıram Ana.

Qəbriniz önündə mən əyirəm baş,
Hey axır, qurtarmır ğözlərimdə yaş.
O sizli günlərim bir dönəydi kaş,
Qəm ilə qəlb evin yıxıram Ana.

Yenə də könlümə sərin meh əsə,
Həsrətəm bir şirin,bir doğma səsə.
Atalı-analı olan bir kəsə,
İndi mən həsrətlə baxıram Ana.

Həmişə doğruyuq, həmişə düzük,
İstidə zirvəyik, soyuqda düzük.
Yadigar qalıbdır mənə bir üzük,
Mən onu nisgillə taxıram Ana.

Fikirdən ləçəyi soluxmuş güləm,
İstisi soyumuş bir qoram, küləm.
Gah sakit Alazan,gah dəli Kürəm,
Araza qoşulub axıram Ana.
Qəlbimi atəşə yaxıram Ana.

Sevinc Arzulu
Kayıt Tarihi : 13.6.2018 06:57:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!

Sevinc Arzulu