Sənin getdiyin yolların,
Bircəciyi geri dönmür.
Sənə uzanan qolların,
Bircəciyi yeri görmür.
Bax, səmaya ucalıbdır
Səni arzulayan qollar.
Zaman təkin qocalıbdır,
Gül açmayır yaşıl kollar.
Ürəyimin həsrətini,
Özündə cəm edib ağ gül.
Ayrılığa nifrətimi,
Sinəsinə çəkib dağ gül.
Burax zamanın əlini,
Kirimişcə çıxaq gedək.
Sevmədinmi mən dəlini,
Daş sədləri yıxaq gedək.
Gedək fələk hökm edən,
Qəm yurdundan uzaq olaq.
Yaşıllıqda yallı gedən,
Alagözlü uşaq olaq.
Necə safdıq, necə təmiz,
Tanrım, qaytar o illəri.
Yaşa dolduq hər birimiz,
Axıb ayrılıq selləri.
Sevinc Arzulu
Kayıt Tarihi : 8.9.2019 16:21:00





© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!