Bax, qaraçı Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
3580

ŞİİR


26

TAKİPÇİ

Bax, qaraçı

İtirmişəm mələyimi,
Gözümdən sez gileyimi.
Üzümə de talryimi,
Bir bəxtimə bax,qaraçı.
Şimşək olub çax.qaraçı.

Ilham atım çapılmadı,
Çörəklərim yapılmadı.
Dərdə dərman tapılmadı,
Dəli çay tək ax.qaraçı.
Bir bəxtimə bax,qaraçı.

Süzmə məni oğrun.oğrun,
Bilinməyir yalan.doğrun.
Qurtardımı sual-sorğun?
Məni oda yax.qaraçı.
Bir bəxtimə bax.qaraçı.

Canlar alır gözəlliyin,
Şeriyyətin,qəzəlliyin.
Bir aləmdir özəlliyin,
Muncuqların tax.qaraçı.
Bir bəxtimə bax,qaraçı.

Sevincəm,çıxma sözümdəm,
Od alışan közümdən.
Bəxtimi oxu gözümdən,
Əlimi burax.qaraçı.
Bir bəxtimə bax,qaraçı.

Sevinc Arzulu
Kayıt Tarihi : 11.6.2018 11:10:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!

Sevinc Arzulu