Bezib bu dünyanın qeylü-qalından,
Sükunət içində yatmaq istərəm.
Aşina olmayım dərdin halından,
Quşqonmaz zirvəyə çatmaq istərəm.
Sevib hər anını əbədiyyətin,
Övladı olursan bəşəriyyətin.
Bilirsən, çox xoşdur fikrim, niyyətim,
Xəyalllar qoynunda batmaq istərəm.
Dönüb baxmayasan hicrin külünə,
Bir də ayrılığın solmuş gülünə.
Bürünüb fərəhin zərif tülünə,
Kədəri qəlbimdən atmaq istərəm.
Kayıt Tarihi : 3.4.2019 16:57:00
Şiiri Değerlendir
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!