Bezibən yalanın yaraşığından,
Gah ona, gah yada yar aşiqindən.
Günəşin yandıran gur işığından,
Gecənin qoynunda yatar gündüzüm.
Xəyalı,ümidi əlvan dondadır,
Sadə danışığı sakit tondadır.
Günlərin hərəsi bir vaqondadır,
Son səfər edəcək qatar gündüzüm.
Töküb qaş-qabağın,eh,bizdən küsüb
Torpaqdan,səmadan,dənizdən küsüb.
Elə özciyəzi gündüzdən küsüb
Qorxuram təklikdən batar gündüzüm.
Kayıt Tarihi : 23.12.2018 15:47:00





© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!