Başlanıb yarpak tökümü Şiiri - Sevinc Ar ...

Sevinc Arzulu
3580

ŞİİR


26

TAKİPÇİ

Başlanıb yarpak tökümü


Yaşam özü ayaqlı,əlli deyil.
Ölümün hədəfi kim?bəlli deyil.
Yaşımız hələ ki heç əlli deyil,
Başlanıb nəslimin yarpaq tökümü.

Biri qəfil ölər,biri həlak olar.
Ruhları səmada ağ mələk olar.
Itkidən sevinən tək fələk olar,
Başlanıb nəslimin yarpaq tökümü.

Üzülər payızın sərin mehindən,
Süzülər gecənin səhər şehindən.
Düzülər qurşağın yeddi zehindən,
Başlanıb nəslimin yarpaq tökümü.

Ayrılıq məclisdə hakim,baş olar.
Həsrət üzüyümdə qara qaş olar.
Könüldə qəm-qüssə,gözdə yaş olar,
Başlanıb nəslimin yarpaq tökümü.

Dünən dövran sürən bu gün yox olar,
Ürəklər ağrıdan,dərddən tox olar.
Gələn az,gedənsə nədən çox olar,
Başlanıb nəslimin yarpaq tökümü.

Sevinc Arzulu
Kayıt Tarihi : 7.9.2018 08:12:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!

Sevinc Arzulu