Başını uca tut Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
3580

ŞİİR


26

TAKİPÇİ

Başını uca tut

Yazını beləcə yazıbdır qədər,
Üzünü almasın nə qəm, nə kədər.
Atan öz ömrünü vermədi hədər,
Müharibə-əsrimizin bəlası,
Başını uca tut, şəhid balası.

Durmusan atanın qəbri önündə,
Həzinlik var cod səsində, ünündə.
Elini qorudu o, dar günündə,
Vətən oldu məğlubolmaz qalası,
Başını uca tut, şəhid balası.

Dar gündə vətənin dadına çatan,
Igidlik rəmzinə dönübdür atan.
Şəhid məzarında narahat yatan,
Qisası var düşmənindən alası,
Başını uca tut, şəhid balası.

Vətəni yolunda şəhid oldu O,
Düşməni atəşlə biçib yoldu O.
Bircə gündə milyon yaşa doldu O.
Qaraldı al-əlvan həyat talası,
Başını uca tut, şəhid balası.

Indi anan həm atadır, həm ana,
Böyüdər sizləri o, yana-yana.
Şəhidlik ən böyük şöhrət insana,
Bu şeir şairdən miras qalası,
Başını uca tut, şəhid balası.

Sevinc Arzulu
Kayıt Tarihi : 8.8.2020 11:08:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!

Sevinc Arzulu