Könlümü didən xatirə,
Pərişan edən xatirə.
Qəlbimdə dündən xatirə,
Var, başına dolandığım.
Zülmət çökdü qaramıza,
Qəm yaraşır haramıza.
Nədən girdi aramıza,
Xar , başına dolandığım.
Nə saralıb, nə solasan,
Hiss tək könlümə dolasan.
Istərdim mənə olasan,
Yar, başına dolandığım.
Qəlbimi üzən qəm olma,
Göy səmada sis-çən olma.
Ah-naləmə tək sən olma
Kar, başına dolandığım.
Ürəyimdən uzaq riya,
Gözlərimə yaddır röya.
Mənə olar sənsiz dünya
Dar, başına dolandığım.
Kayıt Tarihi : 29.6.2018 09:39:00





© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!