Basıb durmuşam Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
3680

ŞİİR


27

TAKİPÇİ

Basıb durmuşam

Qızılgüldüm: tikanlı, xarlı idim
Dağ idim: zirvəsi ağ qarlı idim.
Ata-anam sağdı, çox varlı idim,
Itirdim onları, kasıb durmuşam.

Hələ də bilmirsən pis, yaman nədir,
Həsrətdən inləyən tar, kaman nədir.
Soruşma göydəki sis, duman nədir,
Ahımı səmadan asıb durmuşam.

Başıma min bəla gətirmişəm mən.
Sevinci qapıdan ötürmüşəm mən.
Dərd-qəmi tezcənə götürmüşəm mən,
Fərəhin başından basıb durmuşam.

Sevinc Arzulu
Kayıt Tarihi : 30.6.2018 13:40:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!

Sevinc Arzulu