Bu gün gördüm Tanrım, kimi
Həzun çaldı könül simim.
Mənim əziz müəllimim,
Qarşında baş əyirəm.
Zəmini yaşıl biçmirlər,
Suyu üfürüb içmirlər.
Yanımdan sakit keçmirlər,
Bir salama dəyirəm.
Hicrin ömrü bir əsrdir,
Görüşmürdük neçə ildir.
Yenə minbir dillə dindir,
Sənə “Var ol” deyirəm.
Itirmişəm tutarımı.
Çalammıram qəlb tarımı.
O məktəbli paltarımı,
Yuxularda geyirəm.
Mən necə danışam, dinəm,
Qalmayıb ki köhnə binəm.
Fəxr etdiyin şagirdinəm,
Qapınızı döyürəm.
Kayıt Tarihi : 29.5.2019 10:52:00





© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.

TÜM YORUMLAR (1)