Deyən ona qalıb təkcə əlacım.
Taxanda yox olur hər ağrım,acım,
Bilirsən, necə də bahadır tacım,
Almaz tək qiymətli qaş ucundadır.
Canavar nahaqdan dalayıb keçməz,
Atəş qəlbimdə od qalayıb, keçməz.
Ox atsam sinəni yalayıb keçməz,
Qanadıb ağrıdar, daş ucundadır.
Uzağa uçubdur tərlanın, sarın,
Zirvədə qalaraq qaralıb qarın.
Sanarsan gedibdir vəfalı yarın,
Ayılıb görərsən baş ucundadır.
Almayır buludlar vecə, dolubdur,
Gah gündüz, gah da ki gecə dolubdur.
Görürsən, gözlərim necə dolubdur,
Yağış tək dumduru yaş ucundadır.
Yaman haray çəkir.Bu, dağ selimi,
Qorxutram apara doğma elimi.
Tərpədə bilmirəm artıq dilimi,
İlahi, neyniyim, kaş ucundadır.
Kayıt Tarihi : 11.3.2023 07:32:00
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
![Sevinc Arzulu](https://www.antoloji.com/i/siir/2023/03/11/bas-ucundadir.jpg)
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!