Baş tacım Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
3580

ŞİİR


26

TAKİPÇİ

Baş tacım

Günəşlə bir oyanıb,
Addımladım küçəni.
Xatirənə boyanıb,
Andım olub-keçəni.

Elə bil ki səmadan,
Işıq gəldi gözümə.
Doymadım gül simadan,
Yığışmıram özümə.

Ayrılığın zərrəsi,
Sanki mənə dəyibdir.
Həsrətin daş zərbəsi,
Budağımı əyibdir.

Baş əymişəm taleyin
Pozulmaz qanununa.
Vardır azcıq gileyim,
Daha nə deyim ona.

Qoy kor olsun hicranın,
Yaşamaq olsun acı.
Mənəm şadı dünyanın,
Məhəbbətin baş tacım.
12.09.2018

Sevinc Arzulu
Kayıt Tarihi : 12.10.2018 06:23:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.
  • Yusuf Onuk
    Yusuf Onuk

    Güzel şiir mani tadında tebrikler

    Cevap Yaz

TÜM YORUMLAR (1)

Sevinc Arzulu