Baş eyirem ürekden Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
3650

ŞİİR


27

TAKİPÇİ

Baş eyirem ürekden

Salam, ay doktor Fərid,
Salam, hörmətli həkim.
Qarşınızda baş əyir,
Sizi görərsə hər kim.

Salam, Ülviyyə xanım,
Salam əziz doktorum.
Siz mənim qəlbim, canım,
Mənim yaşam faktorum.

Salam, tibb bacıları,
Salam, Fəridə, Kamilə.
Yox olub acılarım,
Könlüm gəlibdir dilə.

Neçə-neçə xəstəni,
Qaldırdınız ayağa.
Onların gözlərində,
Dönmüsünüz mayağa.

Bu amansız xəstəlik,
Yollarımızı pusur
Müalicə edirsiz,
Ağır karonavirusu.

Başım üstdə hər gecə,
Növbə də çəkmisiniz.
Könlümüzdə gör necə
Toxumlar əkmisiniz.

Əzab-əziyyətiniz ,
Çıxmaz ki yadımızdan.
Çoxdur məziyyətiniz,
Kömək olsun yaradan..

Inanın hər xəstəniz,
Minnətdardır sizlərə.
Cansağlığı bəxş etdiz,
Siz yenidən bizlərə.

Fani dünya olmuşdu,
Bizə qaranlıq qəfəs.
Aparatın altında
Azad alırdıq nəfəs.

Yaddan çıxdı ev-eşik,
Bəyaza büründünüz.
Çəkdiniz bizə keşik,
Həm gecə, həm də gündüz.

Sisteminiz, iynəniz,
Bizlərə həyat verdi.
Istirahət etmədiz,
Ilahi qanad verdi.

Bu zalım pandemiya,
Əbədi düşmənimiz.
Yoluxacaq hamıya,
Artacaqdır qəmimiz.

Özümüzü qoruyaq,
Zalım düşmən virusdan.
Tanrım, onu uzaq et,
Doğma eldən, ulusdan.

Sizin qarşınızda mən,
Baş əyirəm ürəkdən...

Sevinc Arzulu
Kayıt Tarihi : 11.7.2020 15:14:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!

Sevinc Arzulu