Hardasan gəl, ay nur üzlüm,
Xoş gülüşlüm, şirin sözlüm.
Ağlayıram gizlin-gizlin,
Xatirənlə bağ-başayıq.
Şəkər, nabat, noğulduq biz,
Nədən qəmdə boğulduq biz?
Eyni ildə doğulduq biz,
Sənin ilə yaş-yaşayıq.
Dərd geydiyi sətin oldu,
Həyat mənə çətin oldu.
Sənin kimi mətin oldum,
Çınqıl-çınqıl, daş-daşayıq.
Kayıt Tarihi : 23.12.2020 06:27:00





© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!