Barışmadıq, ayrıldıq Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
3580

ŞİİR


26

TAKİPÇİ

Barışmadıq, ayrıldıq


Kim deyir ki, biz cənnətdən qovulduq,
Cəhənnəmin istisində qovrulduq.
Biz Tanrınln istəyinə qul olduq,
Sevənlər tək qonuşmadıq, ayrıldıq.

Boş çıxmadı zalım düşmənin səyi,
İtkimiz çox oldu, qazandıq nəyi.
Nəydi bizdən bu taleyin istəyi,
Bir kimsədən soruşmadıq, ayrıldıq.

Sevdiyimin uca boyu, qəddi var,
Yolum üstdə neçə izi, rəddi var.
Aramızı kəsdi qaya sədd-divar,
Kür-Araz tək qovuşmadıq, ayrıldıq.

Xain çıxdı mənə dostum, həbibim,
Xəstə düşdüm, sən olmadın təbibim.
Nədən seçdin o qaragöz rəqibi,
Saf eşq üçün yarışmadıq, ayrıldıq.

Cavan canım dərd çəkməkdən üzülüb,
Ala gözdən daim qan-yaş süzülüb.
Neçə ildir biz qalmışıq küsülü,
Rastlaşanda barışmadıq, ayrıldıq.

Sevinc Arzulu
Kayıt Tarihi : 30.6.2018 17:35:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!

Sevinc Arzulu