Barışar çetin Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
3680

ŞİİR


27

TAKİPÇİ

Barışar çetin

Sevinclə, sevgiylə hey dinən ürək,
Köksümün altıdır al binən, ürək.
Sənin varlığına sevinən ürək,
Qəfil yoxluğuna alışar çətin.

O qum saatıdır düz göztərməyən,
Rənglərə qarışan iz göstərməyən.
Fələyə heç zaman üz göstərməyən,
Taleyin oynuyla barışar çətin.

Həsrət dənizində ada olanlar,
Hicrana naz-qəmzə, əda olanlar,
Məhəbbət yolunda fəda olanlar,
Əsrin ölüsünə qarışar çətin.
05.12.2018

Sevinc Arzulu
Kayıt Tarihi : 5.12.2018 20:13:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!

Sevinc Arzulu