Balaca Tural Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
3580

ŞİİR


26

TAKİPÇİ

Balaca Tural

Muğanı şirin, Mili də şirin,
Ayı da şirin, ili də şirin.
Gülüb danışan dili də şirin,
Hamıya ağa balaca Tural.

Fələkdən daim bac alanda da,
Başı göylərə ucalanda da,
Ilahi, bir gün qocalanda da,
Bənzəyər dağa, balaca Tural.

Candan çox sevər Vahid qardaşın,
Odur əzizi, dostu-sirdaşı.
Tanı gülləri, olma sən naşı,
Gəl gedək bağa, balaca Tural.

Ani baxışdan tanımaz məni,
“Sən kimsən” deyib yanımaz mən?
Nə olar, sən sev lap bir az çəni,
Göydən nur yağa, balaca Tural.

Ayaq oynadar qol əvəzinə,
Divardan aşar yol əvəzinə.
Hərdənbir çaşıb sol əvəzinə,
Boylanar sağa, balaca Tural.

Sevinc Arzulu
Kayıt Tarihi : 30.10.2019 10:34:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!

Sevinc Arzulu