Artıq böyüyüb,
Balaca Əkbər.
Sevir öyüdü,
Yamanca Əkbər.
Nə söyləyirsən,
Sakitcə durur.
Gülümsəyirsən,
Sanki göz vurur.
Əlindən tutur,
Ümid qardaşı.
Həm dostu olar,
Həm də sirdaşı.
Fərəhə batar,
Şəkərlə noğul.
Qoşa boy atar,
Iki ər oğul.
Heç görməsinlər,
Nə dərd, nə bəla.
Xoşbəxt olsunlar,
Bu iki bala.
Ata-analı,
Böyüsünlə qoy.
Tezliklə olsun,
Ona kiçik toy.
Toyuna gəlsin,
Ellər-obalar.
Sevinib gülsün,
Nənə-babalar.
Kayıt Tarihi : 12.3.2020 14:05:00





© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!