Bakıdan Tebrize sevgi şiiri

Dr İlhame Müslümova
60

ŞİİR


3

TAKİPÇİ

Bakıdan Tebrize sevgi şiiri

Mən də darıxıram… səndən də betər…
Gəl bunu xəbər al özümdən mənim.
Bu qədər ayrılıq çox oldu, yetər,
Yəqin hiss edirsən sözümdən mənim…

Ağlım sən tərəfdə qalıbdı deyə,
Bu həsrət canımı alıbdı deyə,
Araya ayrılıq salıbdı deyə,
Araz da utanır üzümdən mənim…

Yolum nə vaxt sənə güzar edəcək?
Allah görən bizə nəzər edəcək?!
Arazı döndərib Xəzər edəcək…
O qədər yaş axır gözümdən mənim…

Nə olsun çətindir hər ikimizə,
Alışıb dözürük dərd yükümüzə…
Məsafələr əngəl olsa da bizə….
Yenə tanıyarsan izimdən mənim…

Allahdan tək səni dilərəm , vallah,
Sonda ölüm varsa ölərəm vallah,
Sürünə -sürünə gələrəm, vallah,
Axsa əcəl qanı dizimdən mənim….

Dr İlhame Müslümova
Kayıt Tarihi : 5.1.2025 17:52:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!