Bahardan sonra Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
3580

ŞİİR


26

TAKİPÇİ

Bahardan sonra

Gözlərim axtarır yenə o qızı,
Yolunun üstündə duran yalqızı.
Nə yayı görmədim, nə də payızı,
Gəldi ömrün qışı bahardan sonra.

Əlimdə solmayan çiçək dəstəsi,
Dilimdə vüsalın gözəl bəstəsi.
Sanırdım yandırar günəş istisi,
Yağdı qar yağışı bahardan sonra.

Dəymə, meyvələrin dərmə kalını,
Eh, kimə deyərsən ərzi-halını.
Çəmənə sərdiyim güllü xalının,
Pozuldu naxışı bahardan sonra.

Daha qayıtmaz ki ölümə gedən.
əzizi yoxdustsa ruhsuzdur bədən.
Elə bil havası çatmadı birdən,
Soldu gül baxışı bahardan sonra.

Bir dəfə xəyala heç dalmadın ki,
Yolunu qəlbimdən sən salmadın ki.
Gözəl gəncliyimə əl çalmadın ki,
Neynirəm alqışı bahardan sonra.

Sevinc Arzulu
Kayıt Tarihi : 15.1.2022 11:07:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!

Sevinc Arzulu