Gəl ay mənim Bahar qızım,
Oyat qəlbin təşnəsini.
Heç sönməsin dan ulduzum,
Qaynat eşqin çeşməsini.
O çeşmədən su içsinlər,
Həm oğlanlar, həm də qızlar.
Yaşıl çəməndən keçsinlər,
Qoşa yürüsün yalqızlar.
Qoy bürüsün gülüşləri,
Yeri- göyü, kainatı.
Toyla bitsin görüşləri,
Yaşasınlar xoş həyatı.
Kayıt Tarihi : 19.3.2020 10:55:00





© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!