Eşqi sezməyən kor olar,
Bəyaz rəng dönüb mor olar.
Işin sonunda zor olar,
Dünya, bağlanma heçimə.
Sözüm yoxdur sənə, fələk,
Hamıya gəlirsən kələk.
Cadugərsən, yoxsa mələk?
Mən nə deyim bu seçimə.
Nərgizi dərib durmuşam,
Ləçəyin sərib durmuşam.
Elə kövrəlib durmuşam,
Sığmayır içim içimə.
03.12.2018
Kayıt Tarihi : 6.12.2018 18:54:00





© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!