Bahara boylanan al gülümüz var,
Səhrada saralan sünbülümüz var.
Eh, yaman dəyişkən iqlimimiz var,
Payız çiçəkləyir, yay yağışlayır.
Vuruldum dalğalı göy Xəzərinə,
Görüm gəlməyəsən xar nəzərinə.
Bu qədər sevinci yer üzərinə,
Ayaz çisəkləyib, ay naxışlayıb.
Xətrinə dəyəndə” buz” söylədiyin,
Kefini açanda 2duz” söylədiyin,
Bir zaman “Qaraca qız” söylədiyin,
O qız göyçəkləyib, pay bağışlayıb.
Kayıt Tarihi : 12.9.2019 14:19:00
Şiiri Değerlendir
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!