Bağışlamarıq Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
3580

ŞİİR


26

TAKİPÇİ

Bağışlamarıq

Yenə də müharibə,
Yenə şəhid xəbəri.
Şəhid adı olacaq
Dilimizin əzbəri.

Ah, nə vaxt bitəcəkdir
Bu qan-qada. Bu dava
Tez sona yetəcəkdir
Barıt qoxulu hava.

Əbədi düşmən verdi,
Tanrı bizə hayları.
Ordumuzun əliylə,
Azalacaq sayları.

Nə tez unutdu görən,
Haylar qələbəmizi.
Ölüm istəyir yenə,
Yerə dəyəcək dizi.

Sürüm-sürüm sürünüb,
Yenə əfv diləyəcək.
Yazıq dona bürünüb,
Yaman səhv eləyəcək.

Daha bağışlamarıq,
Zalım qaniçənləri.
Heç vaxt alqışlamarıq,
Insanı biçənləri.

Artıq neçə əsr olar,
Olublar düşmən bizə.
Şənimizə kəsr olar,
Yenə dost desək sizə.

Gedin, hardan gəlmisiz,
Ora.Lap Hindistana.
Gücümüzü bilmisiz,
Dönəcəkdir dastana.

İgidin, qəhrəmanın,
Döyüşlərdə hünəri.
Artırar həyəcanı,
Şanlı zəfər xəbəri.

Sevinc Arzulu
Kayıt Tarihi : 27.10.2023 09:14:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!

Sevinc Arzulu