Bağışlama, sən bizləri,bağışlama, Elina
Bilə-bilə verdik səni Əzrailin əlinə...
Sən qurbanı oldun, qızım,
Gör necə cahillərin.
Dalğalandı dərd dənizim,
Qəm yudu sahilləri.
Ana adı daşıyanlar,
Sənə düşmən oldular.
Indi sənsiz yaşıyanlar,
Saraldılar, soldular.
Məktəbinin önünə
Yığılan o gülləri.
Oyuncaq ayıları,
O al qərənfilləri
Qəbrin üstə düzəcəklər
Ay mənim fidan balam.
Ölümün acı dadını,
Zamansız udan balam.
Necə dedilər sənə,,
“Avaradır, veyildir”.
Sən onların dediyi
Ərköyün qız deyildin.
Sakitdin, fağır idin,
Sənə böhtan atdılar.
Ilahi, ədalətin
Qəlbini qanatdılar.
Sən gəlmişdin zinhara,
Gizlədildi mətləblər.
Səni o intihara,
Sürükləyən səbəblər
Birdimi, ikidimi
Haqsızlığın əliylə
Evləri tikildimi?
Müəllimlər dayanıb,
Baxıblar necə, Allah.
Heç yuxudan oyanıb,
Durublar gecə.Allah
Vicdan məhkəməsiylə
Üz-üzə dayansınlar.
Haqsız axan qanının
Rənginə boyansınlar.
Ölümündə günahkarlar,
Psixoloq, direktor.
Sanki vəhşi canavarlar,
Quzuya qurubdur tor.
Sənin halsız canın ilə,
Alver də edirdilər.
Oynadılar qanın ilə,
Zəhər də yedirdilər.
Bəs həkimin?And içmişdi,
Hippokratın adına.
Görən sənin son dəqiqən,
Düşürmü heç yadına.
Tutulmalıdır hamısı,
Kimin ki var günahı.
Nə olsun ki çox hamisi,
Görün uca Allahı.
Bu tələbdir.Fidan bala,
Yerdə qalmasın qanın.
Qurumaz ki göz yaşları
Acı çəkən ananın.
Bütün analar adından ,
Yazıram mən bu şeri.
Çıxmazsan ki heç yadımdan,
Cənnətdir sənin yerin...
Acı çəkən ürəyimiz,
Duaları söyləsin.
İlahidən diləyimiz
“Allah rəhmət eyləsin”
12.04.2019
Sevinc Arzulu
Kayıt Tarihi : 19.4.2019 11:00:00
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!