Qırmızı qan olub damarda axdın,
Hicrinlə qəlbimi odlayıb yaxdın.
O qara gözlərlə necə də baxdın.
Yandırdın atəşin baxışla məni.
Bağışla əzizim, bağışla məni.
Bilirəm, tapılmaz dərdimə əlac,
İlahi, sən özün sevənə yol aç.
Başıma qoyuldu kədər qaşlı tac,
Bəzədin ömrümü naxışla mənim.
Bağışla əzizim, bağışla məni.
Könlümdə bitibdir həsrət çiçəyi,
Başımın üstündə ilham mələyi.
Yenə də əsir bax hicran küləyi,
Qarşılar təbiət yağışla məni.
Bağışla əzizim, bağışla məni.
Sevinc Arzulu
Kayıt Tarihi : 30.6.2018 13:25:00
Şiiri Değerlendir
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!