Bağışla günahlarımı Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
3580

ŞİİR


26

TAKİPÇİ

Bağışla günahlarımı

Çətin zamanımda haya gəldin də,
Dərdimi-sərimi duyub bildin də...
Hicran zühur edər mələk cildində,
Ilahi, bağışla günahlarımı.

Günəş işığını paylar sabahdan,
Dağlar libas geyər duman tək ahdan.
Əfv etmək dilərsən uca Allahdan,
Sənə tər tökdürən günahlardımı?

Dünyanın ən ülvi hissi-məhəbbbət,
Eşqidir, əzizim, ilahi qüdrət.
Sevgiyə ən böyük düşmən-xəyanət,
Söylə, bundan böyük günah vardımı?

Sevinc Arzulu
Kayıt Tarihi : 3.5.2021 14:40:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!

Sevinc Arzulu