Çiçək açar talalar,
Nərgizlər və lalalar.
Ailə qurar balalar,
Nəvələr evi bəzər.
Səriyyə,Azər
Mehriban qardaş-bacı,
Ata-ananın tacı.
Nənələrin əlacı,
Layla söyləsin Xəzər.
Səriyyə,Azər
Qəlbimdə nəvə izi,
Sevdim hər ikinizi.
Tanrı qorusun sizi,
Dəyməsin sizə nəzər.
Səriyyə, Azər.
Nur yağsın üzünüzdən,
Gül bitsin düzünüzdə.
Şirin gülüşünüzdən,
Dünya geyir tamam zər.
Səriyyə,Azər
16.12.2025.
Kayıt Tarihi : 22.12.2025 15:38:00
Şiiri Değerlendir
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.




Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!