Azerbaycan esgeri Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
3580

ŞİİR


26

TAKİPÇİ

Azerbaycan esgeri

Uca qaldır bayrağı,
Gözlər Vətən torpağı,
Sənsən elin dayağı,
Mərd igidi,mərd əri.
Azərbaycan əsgəri.

Çətində haya yetən,
Köksündə güllər bitən.
Dardadır Ana Vətən,
Yerin döyüş səngəri,
Azərbaycan əsgəri.

Silahlar işıq saçar,
Düşmənə atəş açar.
Erməni qorxub qaçar,
Göstər ona hünərin
Azərbaycan əsgəri.

Hücuma keç sübh çağı,
Məğlub edilsin yağı.
Azad et Qarabağı,
Qır erməni ləşkərin.
Azərbaycan əsgəri.

Qız-gəlinlər qarada,
Igidlərim harada.
Kömək olsun yaradan,
Gəlsin zəfər xəbəri.
Azərbaycan əsgəri.

Sevinc Arzulu
Kayıt Tarihi : 11.6.2018 11:02:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!

Sevinc Arzulu