Azalmayır cencelim Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
3580

ŞİİR


26

TAKİPÇİ

Azalmayır cencelim

Qaralıbdır göy səmanın göylüyü,
Qəfil mehdən kələfim düşdü düyün.
Ürəyimdə lal kədərin hay-küyü,
Qoymayır ki, bir oturub dincəlim.

Daha uçmur ayağı qan kəkliyim,
Üzür məni, gülüm,yaman təkliyim.
Heç qalmayıb o əzəlki köklüyüm,
Bundan artıq dərddən necə incəlim.

Həsrətinin ağrısından yoğruldum,
Sənsizliyin istisində qovruldum.
Mən hicranın özündəncə doğuldum,
Onun üçün azalmayır cəncəlim.

Sevinc Arzulu
Kayıt Tarihi : 30.6.2018 17:42:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!

Sevinc Arzulu