Bu soyuq, küləkli qış günümüzdə,
Qar ilə yuyulsun günahlarımız.
Bizlərə bəxş etsin gül .Önümzdə
Bənövşə ətirli sabahlarımız...
Hicranın, həsrətin evin yıxsınlar,
Utancaq vüsalın əlin sıxsınlar.
Küləyə qoşulub yoxa çıxsınlar.
Dumana qarışsın,eh, ahlarımız.
Mən yazım çiçəkli min sətir,Allah
Yayılsın dünyaya xoş ətir, Allah
Yaxşını yaxşıya rast gətir, Allah
Tanrım, azalmasın pənahlarımız.
Kayıt Tarihi : 8.6.2020 09:29:00
Şiiri Değerlendir
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!