Ürəyimin divarından süzülüb gələn qan rəngli göz yaşım....
Axı necə bu dünyanın dərd-qəmiylə, kədəriylə savaşım.
Kimdən aman diləyim mən,
Kimə tutum üzümü,
Kimə sübut eyləyim mən həqiqəti-düzümü.
Heç bir kimsə deyilmiş ki sən demə heç mən deyən.
Mənə qarşı çıxır indi əllərimdən dən yeyən.
Üzü dönüb yaxınların, uzaqlaşıb tanışım.
Bu qüssəli gözlərimlə fərəhdənmi danışım.
Tanrı özü bilir axı günahm yox bir damçı,
Taleyin acı şakası əzab verən nar-qamçı.
Nə əlimi qaldırıban aman diləyirəm mən,
Nə doğrunu söyləməkçün zaman diləyirəm mən.
Ürəyimin ağrısını çəkə-çəkə oturdum,
Daş-çınqıllı bu yollarda çökə-çökə oturdum.
Axır kimsə başa düşdü mənim ərzi-halımı,
Fələyin öz əli ilə başlandı dərd çalımı.
Indi, şükür, asudəyəm, indi şükür, azadam.
Dünyanın xoş gün üzündə sevinclə gəzər adam
22.08.2013
Kayıt Tarihi : 9.6.2018 16:57:00
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!