Dəli külək tellərimi daradı,
Həsrətinin hər gəlişi yaradır.
Indi gündüz gecə kimi qaradır,
Kim görüb ki azadlığın rəngini.
Nədən könül sevdasına yetməyir,
Vüsalın da dediyimi etməyir.
Səs-sədası qulağımdan getməyir,
Asta çalın ayrılığın zəngini.
Əvvəlindən qurulubdur bu bəşər,
Etdiyinin yarı xeyir, yarı şər.
Vüsal ilə dava edib öcəşər,
Görməmişəm hicr-həsrət cəngini.
Arzuların limanı çox uzaqdır,
Hicrin izi görünməyən duzaqdır.
Elə bil sevinmək çox yasaqdır,
Nədən könlün qəm-kədəri səngimir.
Ahu-zarım azalnmaz ki çən görsə,
Qara teldə adda-budda dən görsə.
Kimi isə gülər görsə, şən görsə,
Tez yetirir qəm özünü, ləngiimir.
Kayıt Tarihi : 22.5.2020 08:00:00
Şiiri Değerlendir
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!