Bu gün sənin işğal günün,
Əyilibdir qamətimiz..
Gəlib çatır sədan, ünün
Sənə istiqamətimiz.
Səni görən kimlər satdı ,
Biz olmadıq namərd, Şuşam.
Şəhid zirvəsinə çatdı,
Neçə-neçə mərd,Şuşam.
Gözəlliyin sozalıbdır,
Qayıdar al rəngin,Şuşam.
O günə lap az qalıbdır,
Çalınacaq Cəngim,Şuşa.
Harayına yetəcəyik,
Viranə tək bərbad Şuşam.
Səni xilas edəcəyik,
Olacaqsan azad, Şuşam.
08.05.2017
Sevinc Arzulu
Kayıt Tarihi : 25.4.2018 10:18:00
Şiiri Değerlendir
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!