Ayrılıq zalımı tezcə ötür sən,
Hicranı əbədi gözdən itir sən.
Mənimtək əlinə qələm götür sən,
Çevirib misraya yaz həsrətini.
Bu dünya sevginin, məhəbbətindir,
Sevən sevgisinə sadiq,mətindir.
Bilirsən, əzizim, necə çətindir.
Payızda çəkəndə yaz həsrətini.
Sevdamız dünyanın mübhəm sirriydi,
Min sevgi qulunun yalnız biriydim.
Səninçün neçə yol öldüm, dirildim
Mən ki çəkməmişəm az həsrətini.
15.07.2018
Sevinc Arzulu
Kayıt Tarihi : 16.7.2018 07:07:00





© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!