Ayrılığın xanəsi,
Qaradır hər danəsi.
Kədərin nişanəsi,
Ayımda, ilimdədi.
Yaralanıb qanadın,
Damcıları sanadın.
Əzizim, sənin adın
Eləcə dilimdədi.
Xatırla o xoş anı,
Məni gözümdən tanı.
Sorma ürəyin hanı,
Közərən külümdədir.
Gəl ey nazlı səhərim,
Nur bəzəsin şəhəri.
Vurğunuyam baharın,
Ətiri gülümdədi.
Yoldaş ol sədaqətə,
Ömrüm,düşmə zillətə.
Od qoymuşam həsrətə,
Ayrılıq zülümdədi.
Kayıt Tarihi : 13.12.2021 10:52:00





© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!