Daha eşq oduna alışa bilməm,
Gecələr ulduzla danışa bilməm.
Sənin yoxluğunla barışa bilməm,
Bulud gözlərimin yaşı qurumaz.
Yoxluğun dağ çəkib sinəm üstünə,
Baş çəkə bilmirəm bürünc büstünə.
Od almayan közdən çıxan tüstü nə,
Çaylar da döngəni yaxşı burulmaz.
Titrəyən dodaqda söz yeri vardır,
Köksümün altında köz yeri vardır.
Hərənin qəlbimdə öz yeri vardır,
Ayrılıq vüsalla yanaşı durmaz.
12.12.2017
Kayıt Tarihi : 30.4.2018 07:38:00
Şiiri Değerlendir
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!