Xəyallarım sərhədləri aşandır,
Dəniz kimi çağlayıban daşandır.
Bir də daha azalmaz ki ağrısı,
Dərdli ürək qəm əlindən şan-şandır.
Yay günündə zirvəyə yağan qaram,
Qüssə varsa, demək orda mən varam.
Qanayacaq,bilirəm ki qəlb yaram,
Çünki odlu atəşlərə nişandır.
Çox gur axar dağdan gələn sellərin,
Sürgündədir məndən uzaq ellərim.
Şəlalə tək axan sarı tellərim,
Ayrılığın mehindən pərişandır.
Kayıt Tarihi : 27.6.2018 15:21:00
Şiiri Değerlendir
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!