Ayrılıq Nedir?
"AYRILIQ" nədir?
Tam sinənizin ortasında bir yeriniz ağrayacaq ...
Evinizin sizi içinə sığdıramayacaq qədər dar olduğunu hiss edəcəksiniz...
Küçəyə qaçacaqsınız durduq yerə...
Küçələrdə dar gələcək...
Eyni bədəniniz ürəyinizə dar gəldiyi kimi...
Nə günəşin parıltısı açacaq içinizi, nə də, pırıl pırıl göy üzü...
Özünüzü daşıyamayacaq qədər çox böyüyəcək, bir yandan da, yox olacaq qədər kiçiləcəksiniz ...
Biriləri sizə bir şeylər anlatacaq dayanmadan ...
‘‘Önəmli olan sağlıq .’’
‘‘Yaşamaq gözəl .’’
‘‘Boşver, hər şey unudulur.’’
Siz heçbirini eşitməyəcəksiniz ...
Göz yaşlarınızdan ətrafı görməyəcək hala gələcəksiniz.
O'ndan ölməsini istəyəcək qədər nifrət edəcək , az sonra qollarında ölmək istəyəcək qədər çox sevəcəksiniz...
Hər zaman ondan bəhs etmək istəyəcəksiniz...
‘‘Ölümə çarə tapıldı ’’ ya da ‘‘Sabah qiyamət qopacaqmış’’ desələr başınızı qaldırıb ‘‘Nə dedin?’’ deyə soruşmayacaqsınız.O dərəcə ...
Yalnız qalmaq istəyəcəksiniz...
Həm də, topluluqlar arasında itmək ...
İkisi də, yetməyəcək .
Keçmişi düşünəcəksiniz...
Hətta dəqiqə-dəqiqə...
Amma pisləri atlayaraq...
Onunla keçdiyiniz yerlərdən keçmək istəyəcəksiniz...
Getdiyiniz yerlərə getmək...
Bu sizə heç yaxşı gəlməyəcək...
Amma bilə bilə edəcəksiniz...
Biri sizə içinizdəki acını söküb atabiləcəyinizi söyləsə də, qaçacaqsınız...
Əslində qurtulmaq istədiyiniz halda, o acını yaşamaq üçün dirənəcəksiniz...
Həyatınızın geri qalanını onu düşünərək keçirmək istəyəcəksiniz...
Əksini iddia edənlərdən nifrət edəcəsiniz ...
Hərkəsi ona bənzədib...
Kimsəni onun yerinə qoya bilməyəcəksiniz ...
Heçbir şey başınızı qarışdırmayacaq sizin...
Dərmanlara sığınacaqsınız...
Bir neçə saat başınızı bulandıran amma əsla onu unutdurmayan...
Sadəcə bir müddət buzlu aynanın arxasından seyr etdirən ...
Bütün mahnılar sizin üçün yazılmış kimi gələcək...
Boğazınız düyümlənəcək, dinləyə bilməyəcəksiniz...
Yatacaqsınız,saatlarla yatacaqsınız,oyanmaq istəməyəcəksiniz...
Ancaq yatmaq çətin, oyanmaq asand olacaq...
Sabahı iplə çəkəcəksiniz...
Bəzən də ‘‘Heç günəş doğmasa’’ diyəcəksiniz.
Nə gecələr rahatlatacaq sizi nə gündüzlər...
Ölməyi istəyib, ölə bilməyəksiniz...
Bəlkə unudaram deyə can halı ilə önünüzə çıxana sarılmaq istəyəcəksiniz ...
Nafilə...
Düşüncəsi belə dözülməz gələcək...
Yuxular görəcəksiniz, gərçək olmasını istədiyininiz...
Hər sıçrayaraq oyandığınızda onun adını söylədiyinizi görəcəksiniz ...
Telefonun çalmasını gözləyəcəksiniz... Axtarmayacağını bilə bilə...
Hər çaldığında ürəyiniz ağzınıza gələcək...
Ağlamaqlı danışacaqsınız zəng edənlərdən...
Ürəyiniz burkulacaq...
Canınız yanacaq...
Bir daha sevməməyə and içəcəksiniz...
Həyata aid heç bir şey etmək gəlməyəcək içinizdən...
Onun səsini birkəz daha eşitmək üçün yanıb tutuşacaqsınız...
Dəfələrlə axtardığı günlərin qiymətini bilmədiyiniz üçün özünüzdən nifrət edəcəksiniz...
Yaşadığınız şəhəri tərk etmək istəyəcəksiniz...
Onunla heçbir xatirənizin olmadığı bir yerlərə gedib yerləşmək...
Ama bir ümid...
Onunla bir gün bir yerdə qarşılaşmaq ümidi...
Bu ümid sizi getməyə qoymayacaq ...
Gəl getlər içində yaşayacaqsınız...
Buna yaşamaq deyilirsə ...
Razısınız bütün bunlara?
Hazırsınız sonunda ölüb ölüb dirilməyə?
O halda sevə bilərsiniz.
Amma mən heç tövsiyə etmirəm.!
Bu günlərdə bu durumda olan birini görürəm özümdə...
Dayanılacaq və dözüləcək bir vəziyyət deyil...
AYRILIQ budur.!
Kayıt Tarihi : 15.12.2018 21:14:00





© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!