Ayrılık ölkesi Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
3580

ŞİİR


26

TAKİPÇİ

Ayrılık ölkesi

Pislərdən yaxşılıq uma bilmirəm,
Girklənmiş dənizə cuma bilmirəm.
Nə qədər edirəm, yuma bilmirəm,
Gözümə ayrılıq ləkəsi düşüb.

Hörgünün yerinə daş vururam mən,
Palçığı divara yaş vururam mən.
Qocaman tarixə baş vururam mən,
Yadıma Xaqanın Bilgəsi düşüb.

Yuxudan səs-küyə, kal oyanmışam,
Hindli tək alnımda xal .Boyanmışam.
Demə məsum kimi lal dayanmışam,
Üzümə həsrətin kölgəsi düşüb.

Verməyək günləri selə, əzizim,
Xar dəyməz bir qırıq telə, əzizim.
Elə darıxmışam.elə,əzizim
Könlümə məhəbbət bölgəsi düşüb.

Vüsalı qapıdan asta ötürüb,
Həsrəti özünə munis götürüb.
Neynəyim, bizimki belə gətirib,
Bəxtimə ayrılıq ölkəsi düşüb.

Sevinc Arzulu
Kayıt Tarihi : 8.1.2023 16:07:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!

Sevinc Arzulu