AYRILIQ ÇİÇƏYİ
Bəlkə mən haqlıyam,bəlkə sən haqlı
Yenidən bölməyək bu dünyanı biz.
Bu qədər təkəbbür etmək nahaqdı,
Necə qoyacağıq bu dünyada iz?
Sınan ürəkləri daha heç zaman,
Heç nəylə yamaya bilmərik heyhat..
Bilirsən, baş verir qəlbimə daman,
Keçmişin acısın silmərik heyhat.
Insan danışanda öz həyatını,
Gözləri bir anda dolub boşalar.
Sürə bilməyəndə xəyal atını,
Arzunun, ümidin yeri boş qalar.
Mənim sənsiz olan xəzan ömrümdə,
Bir daha çiçəkli yaz olmayacaq.
Bu şair ömrümdə, ozan ömrümdə
Göz yaşı, əzizim, az olmayacaq.
Sığınaq Allahın kölgəsinə biz,
Tale necə yazıb, elə də olsun.
Gedək xoşbəxtlərin bölgəsinə biz,
Ayrılıq çiçəyi bir anda solsun.
29.12.2019
Kayıt Tarihi : 30.12.2019 06:40:00





© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!