Ayrılığın toxumu Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
3580

ŞİİR


26

TAKİPÇİ

Ayrılığın toxumu

Daha sular axın gəlmir,
Əvvəlki tək, baxın, gəlmir.
Gözlərimə yaxın gəlmir.
Qaçırtmısız yuxumu.

Dağa doğru sürünmüşəm,
Zirvəsində görünmüşəm.
Qızılgülə bürünmüşəm,
Duymurlar ki qoxumu.

Sarı bülbül tək ötməsin,
Yaxşılığın heç itməsin.
Nolar, bağımda bitməsin,
Ayrılığın gül toxumu.

Hicrana zaman verərəm,
Həsrətə kaman verərəm.
Tək sənə qurban verərəm,
Canım, varımı-yoxumu.

Ayrılığın üzün soy, çək,
Göz yaşından tezcə doy çək.
Tərəziyə bir-bir qoy, çək
Öyrən azımı, çoxumu.
04.05.2019

Sevinc Arzulu
Kayıt Tarihi : 5.5.2019 07:58:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!

Sevinc Arzulu