Bir yağış havası vardır başımda,
Torpağın ətriylə ətirlənəydik.
Qoşa dayanaydıq yağışın altda,
Sevgi buluduyla çətirlənəydik.
Qarşıla ötürə bilmədiyimi,
Vüsal qapısına ürək gətirdi.
Yağışın gətirə bilmədiyini,
Yenə də sevgili külək gətirdi.
Heç bilmədim bu yağış nədən yağır,
Damlaları islatmayır ruhumu.
Bu yağışın qüssəsi yaman ağır,
Deyən yağış ayrılığın qohumu...
Kayıt Tarihi : 1.11.2019 15:26:00
Şiiri Değerlendir
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!