Ayrılığın doğum günü Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
3580

ŞİİR


26

TAKİPÇİ

Ayrılığın doğum günü


Dünən ayrılığın doğum günüydü,
Kaş qara gələydi bayramı onun.
Dünən vüsalımım ölüm günüydü,
Bir daha düşmədi axşamı onun.

Bir daha düşmədi axşamı onun,
Çünki səhəri də açılmadı, bax.
Daha heç yanmaz ki ağ şamı onun,
Taledən, qismətdən qaçılmadı, bax.

Dünən ayrılığın doğum günüydü,
Qara daş doğaydı anası onu.
Deyən əzrailin yoğun günüydü,
O anda boğaydı anası onu.

Boğaydə əliylə qəm mücəmməsin,
Özgəyə kədəri qatılmayaydı.
Bu qədər can almaq deyilmi bəsi,
Həsrətə, hicrana satılmayaydı.

Sanki uzun illər görüşməmişdi,
Hicranı dəli tək həsrətə cumdu.
Bunca ədalətsiz görünməmişdi,
Vüsalın gözünü əbədi yumdu.

Sevinc Arzulu
Kayıt Tarihi : 29.4.2020 10:52:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!

Sevinc Arzulu