Unut,dostum, nifrət-kini,
Eşq oxusun könül simi.
Çəkir məni maqnit kimi,
Gözlərinin yaş tərəfi.
Avam olur, fağır olur,
Ayaqları yağır olur.
Bilsən necə ağır olur,
Xəyalların “Kaş” tərəfi.
Şırıltıyla dağdan enər,
Sərt daşı, çınqılı yenər.
Bir andaca selə dönər,
Oksigenin “Haş” tərəfi.
Tapaq dərdin çarasını,
Bağlayaq qəm yarasını.
Əskik etməz qarasını,
Ziyafətin aş tərəfi.
Göz ağatrdım ələyimə,
Adın yazdım biləyimə.
Nədən düşdü taleyimə,
Tərəzinin daş tərəfi.
Hərdən sözlər içrə azır,
Qəlb söyləyir,qələm yazır,
Deyən çoxdan yerim hazır:
Ayrılığın baş tərəfi.
Kayıt Tarihi : 30.1.2023 15:07:00





© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!