Hey deyirik belə gəlib zamana,
Qiymət verən yoxdur tara, kamana.
Sanırdın ki yalvaracam hicrana,
Qarşısında diz çökmədim.Ayrıldıq.
Dəyişibdir doğma elin havası,
Uçulubdur qaranquşun yuvası.
Cırıq-cırıq olub vəslin əbası,
Ağ əlimdə biz.,tikmədim.Ayrıldıq.
Yenə mavi geyinibdir dənizim.
Hər coşanda yuyulur bax, əl izim.
Bezib daha sənsizlikdən,əzizim
Yollarına göz dikmədim.Ayrıldıq.
Şəvə tellər daha gəlir darağa,
Qocalmısan, söykənmisən yarağa.
Təyyarə tək göndərdiyin varağa,
Bir dənə də söz bükmədim.Ayrıldıq.
Dəli vüsal lal həsrəti qanmadı,
Bircə yol da sevdasını anmadı.
Mənsiz qaldı, alovlanıb yanmadı,
Ocağına köz tökmədim.Ayrıldıq.
Kayıt Tarihi : 15.8.2023 09:48:00
Şiiri Değerlendir
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!