Ayıltmadın heç Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
3680

ŞİİR


27

TAKİPÇİ

Ayıltmadın heç

Günəş oğruları sarıma çəkib,
Bəzən doğruları tarıma çəkib.
Bunca ağrıları canıma çəkib
Ayrılıq zalımı bayıltmadım heç.

Bilirsən, çox sevdim mən bu aləmi,
Ətirli gülləri, xallı laləni.
Unudub kədəri, unudub qəmi,
Sonuncu nidama qayıtmadım heç.

Həqiqət önündə susqunam, lalam,
Gözdən uzaq düşən təpəyəm, yalam.
Üzbəüz gələndə vermədin salam,
Yatmış xatirəni ayıltmadım heç.

Sevinc Arzulu
Kayıt Tarihi : 13.12.2021 07:51:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!

Sevinc Arzulu